Onlayn ictimai-siyasi qəzet
Bu gün Artaşat rayon polisinə 2 saylı orta məktəbin müəllimi, 42 yaşlı Ararat rayon sakini Nelli N.-nin 3 şagirdi vurması barədə əməliyyat məlumatı daxil olub.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir ki, müəllim su şüşəsi ilə 6-cı sinif olan 10 və 11 yaşlarında üç uşağa xəsarət yetirib.
Fotojurnalist Qaqik Şamşyanın verdiyi məlumata görə, polisin əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin gün saat 12:00 radələrində Nelly N.-nin başına və kürəyinə su şüşəsi ilə zərbələr endirilib. Uşaqlardan ikisi məktəb xəstəxanasına aparılıb və onların kəllə-beyin travması aldıqları məlum olub.
Faktla bağlı Artaşat RPŞ-də sənədlər tərtib edilərək Ararat Rayon İstintaq Şöbəsinə təhvil verilib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ