Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Abxaziyanın xarici işlər naziri Sergey Şamba və Cənubi Osetiyanın xarici işlər naziri Axsar Djioyev ilə görüşüb. Görüşlər ikitərəfli və üçtərəfli formatda baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “nazirlər Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya münasibətlərinin geniş spektrini və xarici siyasət gündəmini, eləcə də qarşılıqlı maraq doğuran məsələlər, problemlər və mövzuları müzakirə edəcəklərini” demişdi.
Musavat.com qruzia.online-yə istinadən xəbər verir ki, Sergey Lavrov qondarma Cənubi Osetiyanın “XİN”rəhbəri ilə görüşdə Rusiyanın “2008-ci ilin qərarlarına yenidən baxılmayacağını” bəyan edib.
“Biz dostlarımıza ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu kimi təhlükəsizliyin təmin edilməsində, sosial-iqtisadi və digər sahələrin inkişafında, dövlətin möhkəmləndirilməsində köməkliyimizi davam etdirəcəyik. Bizim üçün doğru yeganə yol irəliləməkdir - 2008-ci ilin qərarlarına yenidən baxılmayacaq”, - Lavrov bildirib.
Rusiya XİN rəhbəri Sxinvalidən Ukraynadakı müharibədə Rusiya tərəfindən iştirakına görə minnətdarlığını bildirib. Lavrov təhlükəsizlik və sabitliklə bağlı müzakirələrin Cenevrədən başqa şəhərə keçirilməsi mövzusuna da toxunub.“Biz bu yaxınlara qədər Cenevrədə keçirilən Transqafqaz üzrə məsləhətləşmələr çərçivəsində abxaz dostlarımızla sıx əməkdaşlıq edirik. İndi
görəcəyik ki, bu cür görüşü harada təşkil etmək daha əlverişlidir” deyə, Lavrov bildirib.
“Gürcüstan onilliklər ərzində iki regionunun Rusiyanın işğalı ilə üzləşib”- ATƏT Parlament Assambleyasının Dublində keçirilən payız sessiyasında çıxış edən Gürcüstan parlamentinin komitə sədri Maka Boçorişvili belə deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti münaqişənin sülh yolu ilə ərazi bütövlüyünü bərpa etmək üçün dinc yollar tapmaqdır və bu prosesdə bütün beynəlxalq aktorlar iştirak edir, baxmayaraq ki, Cenevrədəki beynəlxalq danışıqların uğuru barədə danışmaq hələ də çətindir.
“Gürcüstan hakimiyyətinin 10 illik səyi nəticəsində bu gün beynəlxalq məhkəmələrin qərarları arxa cəbhəmizi gücləndirir və biz münaqişənin sülh yolu ilə həlli üçün təkcə siyasi deyil, həm də hüquqi arqumentlərlə mübarizə apara bilərik. Bu gün vəziyyətin nə qədər çətin olduğunu başa düşmək üçün xəritəyə nəzər salmaq kifayətdir”, - deyə Maka Boçorişvili bildirib.
Yada salaq ki, bu günlərdə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası partiyanın təsisçisi Bidzina İvanişvili ölkəni ərazi bütövlüyünün bərpasına imkan verəcək konstitusiya modelinə keçirməyə hazır olduğunu bəyan edib.
“Oktyabrın 26-da səs çoxluğu əldə etsək, “Gürcü arzusu” komandası ölkəni uzun illərin arzusunu – vahid və güclü Gürcüstanı görmək imkanı verəcək konstitusiya modelinə keçməyə hazırdır ” deyə, İvanişvili bildirib.
O həmçinin vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür.
2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib. Separatçı bölgələrlə hazırlıqsız savaşa girib. Bu avantüranın nəticəsində konfederasiya təkliflərindən vaz keçən Rusiya separatçı regionların “müstəqilliyini” tanıdı. Lavrov həmin “tanımaq qərarını” dəyişdirilməyəcəyini deyir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ