İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə mühüm xəbəri ELAN ETDİ - BAŞLANDI

Selcuk Bayraktar paylaşdı: “Kızılelma”nın seriyalı İstehsalına start verildi

Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın seriyalı istehsalına başlanılıb.

Musavat.com xəbər verir ki, Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar "Kızılelma"nın serial istehsal xəttindən çıxan ilk görüntüsünü sosial mediada paylaşıb.

Bayraktarın paylaşımında: “Kızılelma Allahın izni ilə seriyalı istehsala başlayıb” - ifadələrinə yer verilib.

"Kızılelma" Türkiyənin ilk reaktiv pilotsuz döyüş təyyarəsi olaraq milli və orijinal olaraq hazırlanıb. Baykar tərəfindən istehsal edilən pilotsuz təyyarə ilk uçuşunu 2022-ci ilin dekabrında uğurla həyata keçirib. Türkiyənin müdafiə sənayesində mühüm addım olan "Kızılelma" döyüş meydanlarında insanlı qırıcı təyyarələrini əvəz edə biləcək şəkildə dizayn edilib. Bu təyyarə hava-hava döyüşlərini yerinə yetirə bilir və yüksək sürətli manevr qabiliyyətinə malikdir. Kızılelma həmçinin, radar sistemi ilə müəyyən edilə bilməyən bir texnologiya ilə təchiz edilib.

Türkiyə bu layihə ilə müdafiə sənayesində yeni bir dövr açaraq, müasir texnologiyalarla təchiz olunmuş döyüş təyyarələri sahəsində əhəmiyyətli irəliləyiş əldə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR