İnsanlara hürriyət, millətlərə istiqlal!

“Separatçılar Xankəndi və ətrafından çıxarılmasa…” - politoloq

“Qarabağ separatçıları hazırda ağalarının əli ilə iz azdırır. Bir tərəfdən Rusiya guya tənqid edilir, digər tərəfdən isə sülhməramlıların komandanı Volkovla görüşdə az qala ona təzim edirlər”.

Musavat.com-un məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirib. Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın revanş cəhdlərinə diqqət çəkən politoloq hesab edir ki, indi Rusiya separatçıların Ermənistana təzyiq vasitəsi olduğunu daha çox nümayiş etdirir: “Arayik və digər quldurların dili ilə İrəvana barmaq silkələyirlər. Özəlliklə, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvan səfərindən sonra separatçıların danışmağı bu siyasi dəlixananın memarını bir daha göstərir. Arayik də, Babayan da, digərləri də yaxşı başa düşür ki, Ermənistanın Ukrayna savaşından bu yana Rusiyaya xəyanətləri Moskvanın səbrini daşırır. Həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin sədrinin yayda, Pelosinin isə indiki səfəri ABŞ-ın lobbi və konqresmenlər vasitəsiylə İrəvana təsir imkanlarını genişləndirmək məqsədi daşıyır. Ona görə də bu hadisələr fonunda separatçılar vasitəsiylə Paşinyan və çevrəsini şantaj edirlər”.

T.İsmayılov digər məqama da diqqət çəkdi. Bildirdi ki, separatçılar vasitəsiylə “sayıqlamalar” dövriyəyə buraxılmaqla Azərbaycanın mövqelərinin get-gedə güclənməyindən narahatlıq da ortaya qoyulur: “Yəni, Rusiya və Qərb Azərbaycan-Türkiyə tandeminin qlobal siyasi güc halına gəlməyini həzm edə bilmir. Separatçılarla baglı konkret müddəalar var. Onlar Xankəndi və ətrafından çıxarılmasa, bizim antiterror əməliyyatı keçirmək hüququmuz daim işləkdir. Perspektiv onu vəd edir ki: Əvvəla, bir müddət sonra Azərbaycan öz nəzarətini bütün Qarabağda bərpa edəcək; ikincisi, bütün separatçılar Xankəndi və ətrafından çıxarılacaq; üçüncüsü, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzaladıqdan sonra vəziyyət daha da xeyrimizə olacaq. Sülhməramlılar özü terrorçuları çıxarmalıdır. Əks təqdirdə, bu, onlar üçün də baş ağrısı olacaq”.

Elşad,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR