İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar Xankəndi və Ağdərədə görün hansı HƏYASIZLIĞA əl atdılar - Görüntülər CANLI-da

Qarabağdakı separatçıların təsiri altında olan media resursları Azərbaycanı erməni kəndlilərinin əkin-biçinlə məşğul olmağa imkan verməməkdə ittiham edirlər. Musavat.com tribunainfo.az-a istinadla bildirir ki, Ağdərə kəndlərində torpaqların çoxu Azərbaycan Ordusunun mövqelərinin əzarəti altında olduğundan guya sahələrin becərilməsi mümkün deyil.

Kəndin icma rəhbəri Hrant Baxşiyan bildirib ki, kənd sakinləri bu əraziləri təhlükəsiz hesab etmirlər, ona görə torpaqların yalnız kiçik bir hissəsini əkməyə nail olublar: “Təhlükəsizliyə görə torpaq istifadəçiləri bu sahələri becərə bilmirlər. Düzdür, kənddən onlara torpaq sahələri vermişik, amma bizim bir sakinimiz var ki, bir neçə onlarla hektar əkin sahəsi var, o da düşmən gülləsi altındadır”, – deyə icma sədri iddia edib. Onun sözlərinə görə, bu il kənd yerlərində müəyyən qədər taxıl səpmək mümkün olub, bundan başqa, əvvəlki illərlə müqayisədə tərəvəz bitkilərinin sahələri genişləndirilib:

“Biz Artsax Respublikasının Kənd və Kənd Təsərrüfatı Fondundan və Qızıl Xaç Cəmiyyətindən kartof toxumu və bir sıra məhsullar almışıq. Sakinimiz var ki, o qədər kartof əkib, məhsulun bir hissəsini qonşu qəsəbələrə satır, amma nəqliyyat yanacağı olmadığından onu Stepanakertə çatdıra bilmir”, – deyə Q.Baxşiyan əlavə edib ki, tərəvəz bitkilərinin artıq məhsul yığımı başlayıb – kartof, lobya və xiyar. Baxşiyanın sözlərinə görə, başlanmış ot biçininin nəticələri qışda yem qıtlığının olmayacağına ümid verir.

Bu açıqlamanın özü yuxarıda yaydıqları məlumatların cəfəngiyyat olduğunu sübut edir. Guya Ordumuz əkin-biçin üçün təhdid yaradır, amma həm də məhsul yığımız başlayıb, kartof, lobya və xiyar var, ot biçininin nəticələri qışda yem qıtlığının olmayacağına ümid verir. Təbii ki, özlərini ifşa etməklə gerçəkliyi ortaya qoyublar. Ordumuz Qarabağda heç bir mülki şəxsi hədəfə almayıb. Ermənilər isə dayanmadan silah daşıyır, atəş açır, təxribat yaradır.

Yeri gəlmişkən, Qarabağda yuva salmış separatçı rejimin mediası xəbərlər tirajlayır ki, guya Azərbaycan Laçın yolunda blokada yaradıb deyə nəinki əhali, hətta uşaqlar da normal əylənə bilmirlər. Təlxək yığınına xidmət edən saytlar bununla bağlı informaiyalar yayıblar.

Lakin həmin məlumatlarla yanaşı dərc edilən fotolarda Xankəndidə erməni uşaqlarının necə rahat əyləndikləri, heç bir blokada əhval-ruhiyyəsindən söhbət getmədiyi görünməkdədir.
Separatçıların saytları yazırlar ki, Xankəndidəki Stepanyan adına parkda fəaliyyət göstərən uşaq əyləncə mərkəzi mövcud problemlərə baxmayaraq, fəaliyyətini davam etdirir və müəyyən dərəcədə uşaqlara şən əyləncələr yaşatmağa imkan yaradır. Mərkəzin direktoru Varujan Petrosyan bildirib ki, burada 38-dən çox oyun attraksionu, o cümlədən avtodrom, karusel, video oyunlar, 7D kinoteatrı, pnevmatik tüfəngdən atıcılıq poliqonu və s. var.

“Avtodrom 6 yaşa qədər uşaqlar üçün, karusel isə 3 yaşa qədər uşaqlar üçün pulsuzdur. Mərkəzin binasında quraşdırılan oyun avtomatlarının əksəriyyəti uşaqlara bonus biletləri verir, onları oyuncaqlara dəyişdiririk, lakin blokada şəraitində onları ala bilmirik”, – deyən tennis stolunun quraşdırılmasının nəzərdə tutulduğunu bildirib, lakin “blokada” səbəbiylə guya təxirə salınıb. “Burada uşaqlar həm də öz sevimli şirniyyatlarından, o cümlədən son 10 gündə xammalları çox qıt olan yerlərdə hazırlanmış dondurmadan dada bilərlər”, – bildirilir. Direktorun sözlərinə görə, “blokada” zamanı onlara baş çəkən uşaqların sayı azalmayıb və onlar onların təhlükəsiz və xoşbəxt əyləncəsi üçün səylərini əsirgəmirlər. Bununla belə, “blokada” uşaq əyləncə mərkəzinin fəaliyyətinə də mənfi təsir göstərib: xüsusən də elektrik oyun avadanlığının əksəriyyəti işıqların sönməsi zamanı işləmir.

Bu arada, Avropa Parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə alt komitəsinin sədri, ermənipərəst Natali Lusui Xankəndi adının çəkilməsindən möhkəm qəzəblənib. Belə ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Xankəndi adını çəkərək status paylaşmasına komitə sədri reaksiya verib. Aİ rəsmisi Toivo Klaar paylaşımında yazıb: “Bu səhər Xankəndi şəhərinə qazın verilişinin bərpa olunduğunu oxuyanda sevindim”.

Natali Lusui ona belə cavab verib: "Dağlıq Qarabağın qaz təchizatının sabit olduğuna və davam etdiyinə əminsinizmi? Xankəndi adından əvvək "Stepanakert"dən istifadə etməlisiniz...”
Göründüyü kimi, AP-də komitə sədri olan ermənipərəst siyasətçi Xankəndinin adının istifadə edilməsindən qıcıq olur. Lakin heç bir beynəlxalq sənəddə “Dağlıq Qarabağ” və ya “Stepanakert” göstərilmir.

TVMusavat-ın bu gün saat 15:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu AMİP sədri Arzuxan Əlizadə ilə separatizmə qarşı mübarizədən danışır. İzləyicilər də söhbətdə iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR