İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH: Raket və dronlarla müəyyən hədəflər vurulub  


İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH İsrailə qarşı kütləvi PUA hücumunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, İRNA dövlət xəbər agentliyi qurumun bəyanatın mətnindən sitat gətirir: “Sionist rejimin cinayətlərinə (İsrail nəzərdə tutulur – red.) cavab olaraq, İİKK hərbi kosmik qüvvələri onlarla raket və pilotsuz uçan aparatlardan atəşə tutaraq işğal olunmuş ərazilərdəki müəyyən hədəfləri vurublar”.

İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına görə, İsrailin cinayəti həm də “İran hərbçilərinin şəhadətinə” səbəb olan “İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücumu” əhatə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR