Onlayn ictimai-siyasi qəzet
SEPAH-ın rus dilində yayınlanan Telegram kanalı prezident Rəisinin həlak olması ilə bağlı intiqam paylaşımı edib: "İntiqamın alınacaq, cənab Prezident".
Musavat.com xəbər verir ki, Sepahın rus dilindəki Telegram kanalının yaydığı bu intiqam andı heyrət doğurur.
Çünki İran dövlətinin rəsmi açıqlamasına görə Rəisi və heyətinin (9 nəfər) həlak olma səbəbi pis hava şəraitində helikopterin qəza etməsidir.
Hələ hər hansı sui-qəsd, hücum, hansısa dövlət adı çəkilmədiyi halda, SEPAH nəyin qisasını kimdən alacaq sualı da maraq doğurur.
Musavat.com
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ