İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH dul qadınlardan beynəlxalq narkotik ticarətində istifadə edir

Türkiyədə beynəlxalq narkotik ticarəti ilə məşğul olan iki iranlı qadın saxlanılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbul hava limanında yaşanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Türkiyə mediasının məlumatına görə, qadınlardan biri olan Samirə Nəcəfinin mərhum həyat yoldaşı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olub və Suriyada öldürülüb. O, narkotik vasitələri Kərəcdəki təhlükəsizlik evində Reza Montazeri adlı mühafizəçidən aldığını etiraf edib.

Qadının üzərində 7 kq-a yaxın qadağan olunmuş maddə tapılıb.

Hər iki qadının əvvəllər heç vaxt qanunla problemləri olmadığı bildirilib.

Belə görünür ki, artıq SEPAH vaxtilə ona xidmət etmiş etmiş şəxslərin dul qadınlarından belə öz çirkin əməlləri üçün istifadə etməkdən çəkinmir.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR