İnsanlara hürriyət, millətlərə istiqlal!

Şentop: “İraqdakı hücum terrorçuların provokasiyasıdır”

Mülki şəxslərə qarşı belə bir hücum (İraqın Dohuk əyalətində - red.) ilk növbədə Türkiyəni narahat edir.

Musavat.com APA-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.


O qeyd edib ki, bu kimi hücumlar Türkiyənin bölgədə terrorçulara qarşı həyata keçirdiyi əməliyyatlarına kölgə salmaq üçün terrorçuların həyata keçirdiyi provokasiyadır.

Şentop əlavə edib ki, Türkiyə antiterror əməliyyatları zamanı mülki şəxslərə qarşı həssaslığını qoruyur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR