İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! İslam təbliğatçısının həmcinsi ilə seks videosu yayıldı

İranda İslam dəyərlərinin yayılmasına cavabdeh olan yüksək vəzifəli əməkdaşın həmcinsi ilə seks videosu yayıldıqdan sonra vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. 

Son günlərdə sosial mediada Gilan əyalətinin Mədəniyyət və İslami İrşad idarəsinin rəhbəri Reza Tsaghatinin öz həmcinsi ilə intim münasibətdə olduğu iddia edilən video görüntülər yayılmışdı.   

BBC həmin videodakı iki nəfərin kim olduğunu dəqiqləşdirə bilməyib.  Rəsmilər hadisə ilə bağlı araşdırmalar aparıldığı üçün Tsaghatinin vəzifəsindən uzaqlaşdırıldığını qeyd ediblər.  Tsaghati həm də dindarlığı və hicabı təbliğ edən bir mədəniyyət mərkəzinin qurucularından biridir. Buna görə də video İranda sosial medianın əsas gündəminə çevrilib.  İrandakı şəriət qaydalarına görə, həmcinsi ilə intim münasibət yaşayan şəxslərə edam cəzası verilə bilir, lakin bu cür hökmlər nadir hallarda olur və ittiham olunanlara adətən daha kiçik cəzalar tətbiq edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR