İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA: Ermənistanın təxribatını bu ölkənin kəşfiyyatı hazırlayıb – DETALLAR “CANLI”da

Paşinyanın sülh ritorikalarına baxmayaraq, həm ordusuna öz güvəni qaytarmaq, həm də cəmiyyətdə ordunu yenidən qurduğu, silahlandırdığı qənaətini formalaşdırmaq, həmçinin İran, Hindistandan aldığı silahları sınaqdan keçirmək üçün bu əməliyyatları öncədən planlaşdırıblar. Bu sözləri politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, əməliyyatlarda xüsusi təyinatlı qoşunlarının polkovnikinin olması da təsdiq edir ki, onlar bu əməliyyata yüksək səviyyədə hazırlaşıblar: “Bu səbəbdən də mən belə güman edirəm ki, hərbçilərimiz ermənilərlə öncə izahat xarakterli danışıqlar aparıblar. Amma onlar xəyanətkarcasına atəş açaraq əliyalın olan bizim üç övladımızı şəhid ediblər”.

Q.Hüseynli deyib ki, təxribatın əvvəldən hazırlandığını sübut edən digər məsələ isə Ermənistanın Təhlükəsizlik Şurası katibinin Tehranda olması, İranın xarici siyasətlə məşğul olan məmurunun İrəvana gəlməsi, həmin dövrdə İran PUA-larının səmada olması və Azərbaycana yaxın ərazilərdə kəşfiyyat işləri aparmasıdır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Azad İsazadədir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR