İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON GÖRÜNTÜLƏR: Bədəvilər Əs-Süveydədə 10 kəndi ələ keçirdi - VİDEO

Suriya Daxili İşlər Nazirliyi Əs-Süveydə vilayətinə hərbi qüvvələrin göndərilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Musavat.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Sözügedən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Biz bu cür məlumatların doğruluğunu qətiyyətlə rədd edir və yalan informasiyaların yayılmasına görə KİV-ləri məsuliyyət daşıyan tərəf hesab edirik”, – deyə DİN-in əl-Bab şəhərindəki mətbuat katibi bildirib. 

Qeyd edək ki, sosial şəbəkələrdə silahlı ərəblərin, ehtimal ki, bədəvilərin Əs-Süveydə istiqamətində hərəkət etdiklərini əks etdirən videoların sayı artmaqda davam edir.

Bəzi qeyri-rəsmi Suriya mənbələrin məlumatına görə, vilayətə doğru irəliləyən bədəvi kolonlarına pilotsuz uçuş aparatları ilə azı üç dəfə zərbə endirilib.

Eyni zamanda, bədəvi silahlı birləşmələrinin artıq Əs-Süveydə ərazisində onadək kəndə nəzarəti ələ keçirdiyi bildirilir.

@@TVmusavat/121841@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR