İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səni unuda bilmirəm” – Dilarə mərhum ərindən yazdı

“Bu gün sənin doğum günündür… Sən bu dünyadan köçmüsən, amma hər gün, hər an bizimlə yaşayırsan. Vaxt keçir, illər ötür, amma yoxluğun heç vaxt vərdiş etdiyimiz bir şey olmur”.

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva sosial media hesabında yazıb. O, avtomobil qəzasında vəfat edən həyat yoldaşı, televiziya prodüseri, rejissor Oqtay Əliyevin doğum günü olduğunu vurğulayıb:

“Sənin səsin, baxışların, zarafatların… hamısı yaddaşımda canlıdır. Bəzən bir mahnı, bir səssizlik, bir qoxu sanki səni yenidən yanıma gətirir.

Sənin varlığın həyatımın ən dəyərli parçalarından biri idi – indi isə xatirələrinlə nəfəs alıram. Qəlbimdə daim bir yerin var və orada həmişə gülümsəyirsən.

Ad günün mübarək, Oqtay. Ruhun şad olsun. Bil ki, səni unutmuram. Unuda bilmərəm…”
Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həyatını itirib.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR