Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin daha bir məhkəmə prosesi başlayıb.
Musavat.com bildirir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər dindirilib.
Meşəli qətliamında ömürlük şikəst qalan zərərçəkmiş Teymur Salmanov deyib:
"Meşəli qətliamı törədiləndə 14 yaşım var idi. Səhər tezdən kəndi atəşə tutdular. Vaqif mənə işgəncə verdi, ayağımdan güllələdi. Hələ də şikəst qalmışam".
Daha sonra məhkəmədə gərgin anlar yaşanıb. Zərərçəkmiş Vaqif Xaçatryanı yalan danışmaqda ittiham edib:
"Sən nə qədər həyasız adamsan, Vaqif? Mənim günahım nə idi ki, 14 yaşından şikəst qalmışam? İndi gəlib camaatın üzünə durmusan. Məni sən şikəst etmisən, bu günə qədər də şikəstəm.
Möhtərəm hakim, mənim qisasımı alın bundan, ən ağır cəza verin buna".
Daha sonra zərərçəkmişin halı pisləşib, bir qədər sonra dindirilməsini xahiş edib.
Xalidə Gəray
Video müəllifindir
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ