İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmsi Səmədzadədən XƏBƏR VAR: "İş olan yerdə problemlər olur"

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.

Saytın əməkdaşı ilə telefon söhbətində Şəmsi Səmədzadə həbsinin səbəbləri barədə danışmayıb.

“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur” - deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR