İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmədovu şərləyən agent cəzalandırıldı

Rusiya Futbol Federasiyasının (RFU) etika komitəsi Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədovun ünvanına söylədiyi sözlərə görə futbol agenti Polina Lelçuku cəzalandırıb.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Polina Lelçuk Etika komitəsinin qərarına əsasən futboldan 6 ay uzaqlaşdırılmaqla 50 min rubl məbləğində cərimələnib.

Lelçuk mətbuata açıqlamasında Aleksandr Səmədovun iş yerində onunla daim flört etdiyini bildirib.

Rusiya millisinin sabiq futbolçusu ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Lelçuk Rusiya futbolunda yeganə qadın agentdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR