Onlayn ictimai-siyasi qəzet
Müğənni Sevda Əliqızı mərhum Xalq artisti Səməd Səmədovla bağlı paylaşım edib.
İfaçı duet ortağının ölüm ildönümü olduğunu vurğulayıb.
S.Əliqızı S.Səmədovun fotosunu yayımlayaraq "Unudulmaz dostumuz, mədəni insan, Xalq artisti, minlərlə gəncə sevinc bəxş edən Səməd Səmədovun dünyasını dəyişdiyi gündür. 3 il də belə getdi. Məkanın cənnət, ruhun şad olsun.Hər zaman qəlbimizdəsən" sözlərini yazıb.
Qeyd edək ki, S.Səmədov koronavirus infeksiyasından dünyasını dəyişib. (Axşam.az)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ