İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlcuq Bayraqdar: "Litvaya pulsuz "Bayraktar TB2" verəcəyik"

Türkiyənin "Baykar" şirkəti Litvaya 1 ədəd pulsuz "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatı (SİHA) verəcək.

Litvada ictimai xadim və jurnalist Andrius Tapinasın təşəbbüsü ilə Ukrayna Silahlı Qüvvələrinə “Bayraktar TB2” pilotsuz təyyarəsinin alınması üçün vəsait toplanıb. Amma bu pula artıq ehtiyac qalmayıb. Belə ki, Türkiyə PUA-nı pulsuz verəcəyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar paylaşım edib.

"Müdafiə nazirinin müavini Vilius Semeskadan öyrəndik ki, Litva xalqının həssas kampaniyası uğurla başa çatıb. Litva xalqı şərəflə Ukrayna üçün “Bayraktar TB2” almaq üçün vəsait toplayıb. Amma biz Litvaya 1 ədəd “Bayraktar TB2” hədiyyə edirik və həmin vəsaitin humanitar yardım üçün Ukraynaya verilməsini xahiş edirik" - deyə S.Bayraqdar bildirib.

Litvanın müdafiə naziri Arvydas Anusauskas da məsələ ilə bağlı məlumat verib. O, deyib ki, "Könüllülər sayəsində təxminən 6 milyon avro pul toplanıb. Amma PUA Türkiyə tərəfindən ödənişsiz veriləcək. Toplanan pul isə “Bayraktar TB2” üçün döyüş sursatı alınmasına sərf olunacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Litvanın müdafiə naziri Arvydas Anusauskas Türkiyədən Bayraktar TB2 PUA almaq istədiklərini açıqlamışdı. Nazir Türkiyədən alacağı PUA-ların bir qismini Ukraynaya bağışlayacağını, digər qismini isə öz ölkəsinin hərbi invertarına daxil edəcəyini qeyd etmişdi.

 

Musavat.com

99b6a329-3879-4f7e-b68b-7176908ed3dc.jpg (109 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR