İnsanlara hürriyət, millətlərə istiqlal!

Selçuk Bayraktar kampaniya başlatdı - Zəlzələ bölgəsində imtahan verən şagirdlərə 10 min PLANŞET


“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Türkiyədə zəlzələdən zərər çəkən bölgələrdəki tələbələrə planşetlər veriləcəyini açıqlayıb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Əsrin fəlakəti olaraq xarakterizə edilən və 11 vilayəti dağıntılara məruz qoyan zəlzələnin ilk anından xilasetmə işlərinə yardım edən “Baykar” fəlakətdən əziyyət çəkən tələbələrin təhsilinin ləngiməməsi üçün yeni ianə kampaniyasına rəhbərlik edir. “Baykar” İdarə Heyətinin sədri Səlçuq Bayraktarın açıqladığı kampaniya çərçivəsində zəlzələ bölgəsində imtahan verəcək fəlakətdən əziyyət çəkən tələbələrə 10 min planşet veriləcək. Milli Təhsil Nazirliyinə (MEB) təhvil veriləcək planşetlər zəlzələ bölgəsində YKS (Ali Təhsil Qurumları İmtahanı) və LGS (Liseylərə Keçid Sistemi) verəcək tələbələrə paylanacaq.

Gənclərin təhsilinə önəm verdiklərini deyən Bayraktar bütün milləti və qurumları zəlzələdən zərər çəkmiş tələbələrə planşet bağışlama kampaniyasına dəstək verməyə çağırıb: “Biz də gənc bacı-qardaşlarımızın təhsillərini olduqları yerdən davam etdirə bilmələri üçün çalışırıq”,-deyə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR