İnsanlara hürriyət, millətlərə istiqlal!

Sel səbəbindən İsmayıllı-Lahıc yolu bağlandı- Video

Bu gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan güclü leysan bir sıra fəsadlar törədib.

Musavat.com-a “Report”a istinadən xəbər verir ki, sel evlərə, turizm obyektlərinə ciddi ziyan vurub.

Sel suları xüsusən rayonun şimal hissəsindəki Gəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatlara ciddi ziyan vurub. Sel nəticəsində evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları su basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb.

Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib, İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb.

Hazırda rayona yağış yağır, sel axını davam edir. Əhaliyə dəyən ziyanın məbləği İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dəqiqləşdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR