İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyində İCLAS KEÇİRİLDİ - Bu məsələlər MÜZAKİRƏ OLUNDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb.

Sağlamlıq turizminin davamlı inkişafının təmini və Sərəncamda qarşıya qoyulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə İşçi qrupu yaradılıb. İşçi qrup tərəfindən hazırlanmış təkliflərin müzakirəsi üçün martın 14-də Səhiyyə Nazirliyində İşçi qrupun növbəti iclası keçirilib.
Səhiyyə nazirinin müavini İlqar Qasımovun sədrliyi ilə keçirilən İşçi qrupunun iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutunun, Səhiyyə Nazirliyinin, Elm Və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naftalan Şəhər İcra Hakimiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən İlqar Qasımov Naftalanın sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılmasının vacibliyini vurğulayıb: “İşçi qrupunun iclasının məqsədi Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasının təmin edilməsidir. Eyni zamanda, yeni tibbi araşdırmaların aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair İşçi qrupu tərəfindən təkliflər hazırlanıb”.



İclasda Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyevin İşçi qrupu tərəfindən aparılan işlər üzrə məruzəsi dinlənilib və şöbənin baş məsləhətçisi Nigar Nəzərlinin hazırlanan təkliflərə dair təqdimatı nümayiş olunub.



İclasda, həmçinin Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun Baş direktoru Ulduz Həşimova, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyevaya və Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri Eldar Qarayev məruzələrlə çıxış ediblər.
Sonda İşçi qrupu tərəfindən görülən işlər üzrə və planlaşdırılan növbəti addımlara dair müzakirələr aparılıb.









ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR