İnsanlara hürriyət, millətlərə istiqlal!

Əczaçılıq fəaliyyəti necə tənzimlənir? – Nazirlikdən CAVAB

“Aptek təşkilatlarına münasibətdə dərman vasitələri ilə təminat əczaçılıq şirkətləri tərəfindən həyata keçirilir”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova açıqlayıb.

Onun sözlərinə görə, dərman vasitələri dövlət qeydiyyatına alındıqdan sonra idxalı və satışı sərbəstdir:

“Respublikada əczaçılıq fəaliyyəti müvafiq normativ hüquqi aktların tələblərinə əsasən tənzimlənir. Əczaçılıq fəaliyyətinə lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxs qanunvericiliklə tələb olunan müvafiq sənədləri toplayaraq “ASAN xidmət” mərkəzləri vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR