İnsanlara hürriyət, millətlərə istiqlal!

"Səhiyyə nazirimiz Hippokrat əvəzinə Nikol andı içib" - İşxanyan

Ermənistanın səhiyyə naziri Anait Avanesyanın müxalifətlə bağlı açıqlaması siyasətçilər və ictimai fəallar arasında narazılığa səbəb olub. O, bu günlərdə mitinqlərdə xəsarət alan aksiya iştirakçıları ilə bağlı hökumətin maraqlarına uyğun fikirlər səsləndirib.

Ermənistanın mitinq məhbusları: 10 nəfər həbs edildiBundan başqa nazir qeyd edib ki, etirazçıların nə istədiyi, tələblərinin nə olması da ona aydın deyil.

Ermənistanın Helsinki komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan məlum hadisə ilə bağlı yerli mediaya açıqlama verərək gülməli fikirlər səsləndirib.

O qeyd edib ki, çoxları polis vəhşiliyinə görə səhiyyə naziri adlandırılan şəxsə də qəzəblidir. İşxanyan qeyd edib ki, Anait səhiyyə snaziri kimi ağır yaralı, şikəst insanların ağrılarını müəyyən mənada hiss etməsə də, bu cür zorakı səhnələr kumiri (Paşinyanı nəzərdə tutur-red.) kimi onun da ruhunu tərənnüm edir.

"Bildiyim qədəri ilə bu fenomenin heç bir tibbi təhsili yoxdur. Hərçənd indiki Ermənistanda bu heç də vacib amil sayılmır. Əvvəlki "cənab ölüm" ləqəbli naziri xatırlayın... İndiki nazir isə Hippokrata sədaqət andı içməyib. O, Nikol Paşinyana sədaqət andı içib. Çox güman ki, nazirin əmri ilə tezliklə Tibb Universitetində andın mətni də dəyişdiriləcək", - hüquq müdafiəçisi qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR