İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Musavat.com-un xəbərinə görə, qeyd olunan saatda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR