İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidin bu görüntüləri hər kəsi AĞLATDI: Körpəsi ilə... - VİDEO

Sosial şəbəkələrdə dünən gecə şəhid olan Yunis Kazımovun videosu yayılıb.

"Instagram"da onun özündən sonra qoyub getdiyi, üzünü çox az gördüyü bir körpə oğlu ilə çəkdiyi video paylaşılıb.

Şəhidin videoda körpəsinin qoxusunu içinə çəkməsini, onu sonuncu dəfə əyləndirməsini sosial şəbəkə istifadəçiləri böyük kədərlə qarşılayıb.

Qeyd edək ki ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, 1993-cü il təvəllüdlü Yunis Kazımov bu gün Qazax rayonunda torpağa tapşırılıb.

29 yaşlı baş leytenant Kazımov 44 günlük Vətən Müharibəsində də iştirak edib. O, Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunub.

Allah bütün şəhidlərə rəhmət etsin, yerləri nurla dolsun!

Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR