İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Ramin Qəfərli II Fəxri xiyabanda dəfn olunub

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Amin Qəfərli dəfn olunub.

APA xəbər verir ki, dəfn mərasimdə Müdafiə Nazirliyinin şəxsi heyəti, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

***

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Amin Qəfərli dəfn olunur.

APA xəbər verir ki, şəhidin nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.

Dəfn mərasimdə Müdafiə Nazirliyinin şəxsi heyəti, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan 20 yaşlı şəhid Qəfərli Amin Rasim oğlu Bakıda böyüyüb başa çatıb.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 71 hərbçimizin şəhid olduğu açıqlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR