İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid övladlarının toyu bu şadlıq sarayında PULSUZ keçiriləcək

Ağstafada "İstanbul" şadlıq sarayının açılışı olub.

Musavat.com xəbər verir ki, restoranı tanınmış xeyriyyəçi və iş adamı Zaur Əhmədov açıb.

Açılışda şəhid ailələri və qazilər iştirak edib, ehsan süfrəsi açılıb, qurbanlar kəsilib.

İş adamı qeyd edib ki, şəhid övladlarının toy mərasimləri bu şadlıq sarayında pulsuz keçiriləcək.

Qeyd edək ki, Zaur Əhmədov bundan əvvəl Qazax rayonunda "İstanbul" ailəvi restoran şəbəkəsini yaradıb və həmin restoranda da şəhid övladlarının toyu pulsuz həyata keçirilir.

Onu da bildirək ki, Zaur Əhmədov Türk dünyasına və ülküçü - milliyətçi xəttə bağlı iş adamlarından biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR