İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid İsa Kəlbiyevin bacısı: "Dedi, qayıtsam, o qızı mənə alarsınız"

Adını tarixə yazan Azərbaycanın qəhrəman oğulları arasında şəhid xüsusi təyinatlı İsa Kəlbiyevin də imzası var.

Cəlilabadın Göytəpə şəhərindən olan şəhidinin doğmaları onun döyüş yolundan Baku TV-yə qürurla danışıblar.

Şəhidin atası Rəhim Kəlbiyevin sözlərinə görə, İsa məktəbdə şəhidlərlə bağlı keçirilən tədbirlərdə yüksək fəallıq göstərib:

"Tədbirlərdə həmişə şəhid rolunu oynayırdı. Həyat belə gətirdi ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdi. Düşmənə öz hünərini lazımınca göstərdi".

Bacısı Rəhilə Kəlbiyeva isə İsanın sevdiyi qızla bağlı son sözlərini xatırlayıb:

"Gedəndə mənə şəklini vermişdi ki, sağ qayıtsam, onu mənə alacaqsınız. Həmin qız hələ də qardaşımın yolunu gözləyir".

Daha ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR