İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid baş-leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub - FOTO

Bu gün (5 mart) şəhid olan baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə anadan olub. Əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir. Yasamalda, Badamdar qəsəbəsində yaşayıb. 

Musavat.com xəbər verir ki, şəhidimiz 2012-ci ildə Badamdarda 236 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Ailənin tək uşağı olan zabit, subay idi. 

Şəhidimizin sabah Bakı şəhərində dəfn olunacağı bildirilir.

 

WhatsApp Image 2023-03-05 at 23.50.52.jpeg (68 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR