İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid anası vəfat etdi - FOTO

Şəhid Sadiqov Rəsul Həşim oğlunun anası Elnarə Sadiqova vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, şəhid anası xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.

44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda dəfn olunub.

Rəsul Sadiqov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR