İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirimiz Londondakı “The Times” radiosuna cəsur açıqlamalar verdi - VİDEO

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Londonda yerləşən və geniş auditoriyaya malik olan “The Times” radiosuna müsahibə verib və çoxsaylı sualları cavablandırıb.

Musavat.com-a səfirlikdən göndərilən məlumatda bildirilir ki, E, Süleymanov Laçın yolunun ermənilər tərəfindən qeyri-qanuni şəkildə istifadə edildiyini də müsahibəsində xüsusi qeyd edib, bu zaman Xankəndinin heç bir blokada şəraitində olmadığını vurğulayıb.

Eləcə də, Azərbaycan Respublikasının Tehranda yerləşən səfirliyinə qarşı törədilmiş terror aktı haqda da söz açıb.

Səfir Süleymanov dayanıqlı sülhün Ermənistan və Azərbaycan üçün mühüm olduğunu bildirib. Eləcə də, regionda sabitliyin əhəmiyyətini vurğulayıb.

Musavat.com müsahibəni diqqətinizə təqdim edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR