İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Xəzər İbrahim Pensilvaniya ştatına səfər edib

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim cari ilin 11 oktyabr tarixində ABŞ-ın Pensilvaniya ştatının Neft şəhərinə (Oil City) Səfirliyin təşkilatçılığı ilə həyata keçirilmiş “Enerji Təhlükəsizliyi Konfransı”nda iştirak məqsədilə səfər edib.

Konfrans yerli və qlobal enerji ekspertlərin, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilib. Konfrans çərçivəsində ştatın neft tarixi ilə zəngin Venanqo bölgəsində yerləşən və ABŞ-da ilk neft quyusunu qazıldığı yeri təmsil edən “Drake Well” muzeyinin qarşısında neft şəhərinin meri Bill Mun və səfir Xəzər İbrahim tədbirin başlanğıcı ilə əlaqədar rəmzi olaraq Neft şəhərinə xas olan xüsusi məşəli qaladılar və bununla da konfransa start verildi. Bu zaman mer Bill Mun çıxışında, Azərbaycanın müvafiq şəhəri ilə Neft şəhəri arasında Qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalamağa hazır olduğunu xüsusi qeyd edib.

Konfrans enerji sahəsində müxtəlif diskussiyalara həsr olunmuş 4 paneldən ibarət idi. Panelistlər arasında ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Tədqiqatlar mərkəzindən, Hudson İnstitutundan, Konqres Araşdırma Xidmətindən, Vaşinqton İnstitundan və İrs Fondundan nümayəndələr, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Morninqstar və ABŞ Beynəlxalq İnkişaf Agentliyi və digər dövlət və özəl sektor nümayəndələri yer alırdı. “Hazırki reallıqlar çərçivəsində neft və qaz hasilatı hövzələrinin gələcəyi” adlı paneldə çıxış edən səfir, Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədən və enerji böhranın yaşandığı bir dövrdə ölkəmizin regionda əsas aktorlardan biri olduğundan bəhs edib. ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas sahələrində birinin enerji olmasına baxmayaraq, iki ölkə arasında əlaqələrin digər bütün sahələrdə də inkişaf etdiyi qeyd olunub.

Azərbaycanın əsasən neft və qaz ixrac edən ölkə olması ilə yanaşı, hazırda bərpa olunan və alternativ enerji mənbələrində istifadə ilə bağlı atılmaqda olan önəmli addımlara toxunub və ərazilərimiz işğaldan azad edildikdən sonra bu sahədə potensialın daha da artdığı və həmin bölgənin sıfır emissiyalı əraziyə çevrilməsi istiqamətində ciddi bərpa və yenidənqurma işlərinin aparıldığı xüsusi vurğulanıb.

Konfransın rəsmi hissəsindən sonra bütün iştirakçılar üçün Azərbaycan milli kulinariyasının təbliğinə həsr olunmuş mədəni tədbir keçirilib və rəsmi iştirakçılar, o cümlədən yerli əhali ölkəmizin ləziz təamları ilə tanış olmaq fürsəti əldə ediblər.

Səfər ilə bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc edilib. Sözügedən məqaləni https://www.thederrick.com/news/front_page/oil-heritage-energy-security-conference-gets-underway/article_01d670a6-4992-11ed-89f2-4fe4c2d7ee67.html internet səhifəsindən istifadə etməklə əldə etmək olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR