Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Prezidenti Klaus İohannisə etimadnamələrini təqdim edib.
Bu barədə Rumıniya prezidentinin saytında xəbər yayılıb. Prezident Klaus İohannis Azərbaycan Respublikasının səfiri ilə söhbətində yüksək səviyyəli görüşlərdə əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.
Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan həm siyasi, həm də iqdisadi, xüsusən enerji sahəsində, həmçinin nəqliyyat, təhsil, ticarət və sərmayələr sahəsində dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ