Onlayn ictimai-siyasi qəzet
Bakının Qaradağ rayonu ərazisində sərnişin avtobusu qəzaya düşüb.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında 596 nömrəli sərnişin avtobusu yük maşınına çırpılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq xəttin məxsus olduğu "F-Rövşən" İstehsalat Mərkəzinin direktoru Elşən Quliyev faktı təsdiqləyib:
"Avtobus "Sədərək" Ticarət Mərkəzidən üzü şəhər istiqamətinə gələndə "Mercedes" markalı avtomobil sürüşüb avtobusa çırpılıb. Bu səbəbdən avtobus da sürüşərək yük maşınına dəyib.
Avtobusda sürücüdən başqa heç kim olmayıb. Xəsarət yoxdur. Avtobusun ön hissəsinə ziyan dəyib", - deyə E. Quliyev bildirib.
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ