İnsanlara hürriyət, millətlərə istiqlal!

Sedat Pekeri təhdid edib video çəkən Cenk Çelik İstanbulda başından vuruldu - VİDEO

Cinayət təşkilatına rəhbərlik etmə maddəsi ilə axtarışda olan Sedat Pekerə qarşı təhdid videoları ilə tanınan Cenk Çelik İstanbulun Ümraniye bölgəsində küçədə gedərkən atəşə tutulub.

Musavat.com xəbər verir ki, başından 2 güllə ilə vurulan Çelik ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Cenk Çelik Sedat Peker və onun yaxınlarına qarşı təhdid videoları ilə gündəmə gəlib. 

Güllələrin hədəfi olan Çelik qan içində yerə yıxılarkən, şübhəli şəxs hadisə yerindən qaçıb. Başına dəyən 2 güllə ilə ağır yaralanan Cenk Çelik ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib. Polis qrupları şübhəlinin tutulması üçün cinayət işi açıb. Digər tərəfdən yaralının yerdə uzandığı və ətrafdakı vətəndaşların müdaxilə etməyə çalışdığı anlar hadisə yerindəki vətəndaşlardan birinin mobil telefonunun kamerasına əks olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR