Onlayn ictimai-siyasi qəzet
Noyabrın 8-19-da Monteneqronun Petrovaçda şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycanın 17 şahmatçısı yarışda iştirak üçün qeydiyyatdan keçib.
Dünya çempionatının seçmə mərhələsi olan yarış üçün Məhəmməd Muradlı, Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərim, Orxan Bağırov və Kamran Vəlizadə sifariş olunublar.
Qeyd edək ki, hazırda 331 şahmatçının Avropa çempionatında iştirak edəcəyi dəqiqləşib. Yarışın reytinq favoriti niderlandlı Yorden Van Foreestdir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ