Onlayn ictimai-siyasi qəzet
"AİPA ASEAN İnter Parlamentary Assembly"nin üzvləri növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrin nəticəsini ictimaiyyətə açıqlayıb.
Musavat.com xəbər verir ki, təşkilatı təmsil edən 3 nəfərlik qrup Laosdan gəlib.
Heyət rəhbəri Sanya Praseut ölkə rəhbərliyinə, MSK-a, parlamentə yaradılan şəraitə görə təşəkkür edib.
S.Praseutun sözlərinə görə, heyətin ümumilikdə 7 seçki məntəqəsində seçki başlayandan seçki bitənə qədər bütün prosesi izləmək imkanı olub: "O cümlədən səslərin sayılması prosesində də iştirak etdik. Heyətin müşahidəsinə əsasən seçki şəffaf keçirilib. Hər hansı narahatlıq müşahidə etməmişik. Seçki prosesi ədalətli keçirilib. Siyasi partiyaların sərbəst iştirakı təmin edilib. Müşahidəçilər bütün prosesi rahat izləyə biliblər. Səslərin hesablanması effektiv mexanizm sayəsində uğurla tamamlanıb. Yekun qərarımız ondan ibarətdir ki, seçkinin şəffaf keçirilməsi təmin olunub.
Bütün Azərbaycan xalqını uğurlu seçki münasibətilə təbrik edirik".
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ