Onlayn ictimai-siyasi qəzet
Almaniyada sosial sistemin gələcəyi ilə bağlı müzakirələr qızışıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “Bild” qəzeti məlumat yayıb.
Kansler Fridrix Mers bəyan edib ki, mövcud formada Almaniyanın sosial dövlət mexanizmini maliyyələşdirmək artıq mümkün deyil.
Onun sözlərinə görə, pensiyalar, səhiyyə, yaşlıların qayğısı və dövlət müavinətləri üzrə xərclər nəzarətdən çıxıb.
Bu il federal hökumət yalnız pensiya sistemindəki kəsiri qarşılamaq üçün 121 milyard avro ayırıb. Xüsusi diqqət isə Bürgergeld adlı sosial müavinətlərə yönəlib — 2025-ci ildə bunun üçün 42,6 milyard avro xərclənməsi planlaşdırılır.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ