Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Həmçinin iki ölkənin Baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Aleksey Overçuk arasında görüş keçirilib. Bundan əlavə, ötən həftə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. Qarşıdakı günlərdə isə Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin bir araya gələcəyi gözlənilir.
Bəs bütün bu proseslər Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması deməkdirmi? Gərginlik artıq aradan qalxdımı?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ