 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına paylanmasına başlayıb. 
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Musavat.com-a verilən məlumata görə, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədr və katiblərinin iştirakı ilə açıq və şəffaf reallaşan prosesi beynəlxalq və xarici təşkilatların, seçki müşahidə missiyalarının, media mənsublarının və maraqlı subyektlərin yaxından izləmələri üçün hərtərəfli imkan yaradılıb.
Etibar Seyidağa,
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ