Onlayn ictimai-siyasi qəzet
Məhərrəmlik ayı başa çatar-çatmaz Şəbnəm Tovuzlu ilk toyundaca böyük qalmaqal yaşayıb.
Qadın müğənni özünü "toy sahibi" kimi təqdim edən şəxslə mahnı ifa etdiyi məqamda ciddi mübahisəyə başlayıb.
Buna səbəb həmin şəxsin Şəbnəmlə əl-qolla və sərt danışması olub. Müğənni bu davranışa sərt etiraz edərək, sözügedən kişiyə ağır ifadələrlə cavab verib. Tərəflər sakitləşdirmək mümkün olmayıb. Müğənni tanımadığı həmin şəxsə "Sənin həyat yoldaşın yazıqdır", - ifadəsi ilə odun üstünə "benzin töküb".
Əsəbləri soyumayan Ş.Tovuzlu mahnını yarımçıq saxladıb, mikrafonu ataraq həmin şəxsə hədə-qorxu dolu ifadələr işlədərək restoranı tərk edib.
Sözügedən qalmaqal videonu təqdim edirik:
(Titul.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ