Onlayn ictimai-siyasi qəzet
Müğənni Şəbnəm Tovuzlu tənqidlərə cavab verib.
Musavat.com xəbər verir ki, sənətçi onun üçün "qışqıraraq oxuyur" deyən həmkarlarına meydan oxuyub.
"Rəngarəng" proqramında qonaq gələn müğənni onunla birlikdə verilişdə oturan xanəndəyə "Zabit müəllim, deyirlər, Şəbnəm çox zil oxumur, qışqırır. Mən qışqırıram" sualına Z.Nəbizadə "Tonallığınız zildir, qışqırmaq yoxdur" cavabını verib.
Şəbnəm onu tənqid edənləri duelə çağırıb:
"Bir məclisdə keçəndə ifaçı yanındakına dedi ki, qışqırır. Mən isə dönüb cavab verdim ki, olar, lya-dan seygah oxuyaq? Dura bilərsən? Cavab verdi ki, nə əlaqə? Dedim, onda Məhəbbət Kazımov, Səxavət Məmmədov da qışqırırdı? Gənc yox, orta yaşlı sənət adamı idi. Utandım onun yerinə. Bəzən pis oluruq, bilmirik niyə bizə qarşı belə edirlər".
Könül
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ