İnsanlara hürriyət, millətlərə istiqlal!

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumaat görə, dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR