Onlayn ictimai-siyasi qəzet
May ayında qeydə alınan şaxtalar Rusiyada təxminən 830 min hektar sahədə əkinləri məhv edib.
Musavat.com xəbər verir ki, bu rəqəmi Rusiya baş nazirinin müavini Dmitri Patruşev operativ qərargahın iclasında açıqlayıb. Onun sözlərinə görə, ümumi ölkə üzrə bu, bütün əkinlərin təxminən 1 faizini təşkil edir.
İclasda verilən məlumata görə, Mərkəzi və Volqa federal dairələrinin bir sıra subyektlərinin ərazisində, həmçinin Volqoqrad və Rostov vilayətlərində may ayında kəskin şaxtalar qeydə alınıb.
Patruşev rayonları aqrotexniki müddətlərə riayət etmək üçün məhv olmuş məhsulların yenidən əkinini tez təşkil etməyə çağırıb.
Qeyd olunur ki, şaxtalar nəticəsində əkin sahələrinə və çoxillik əkinlərə də ziyan dəyib.
"Hazırda Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri regionlarla birlikdə etibarlı məlumatların əldə edilməsi üçün qiymətləndirmə aparır", - Nazirlər Kabinetinin açıqlamasında deyilir.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ