Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin nəşi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb.
Hazırda Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində meyitlərin təkrar müayinəsi həyata keçirilir.
Qeyd edək ki, həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək, ekspertiza rəyi hazırlanaraq aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək.\\report.az
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ