Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında 2025-ci ilin İranın nüvə məsələsi baxımından mühüm il olacağını bildirib.
Musavat.com xəbər verir ki, məlumatı Mehr agentliyi yayıb.
Məlumata əsasən nazir bildirib ki, Çin rəsmiləri ilə görüşündə İranın nüvə problemi də daxil olmaqla, geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparıb. Əraqçi həmçinin regional və beynəlxalq məsələləri, Əfqanıstan, Suriya, Qəzza və Livandakı terror problemini müzakirə etdiyini bildirib.
İranın xarici işlər naziri əlavə edib: “İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən ticarət, iqtisadiyyat, təhlükəsizlik və enerji sahələrində irəli sürdüyü təkliflərə baxış keçirilib”.
Rəsmi nümayəndə heyətinə başçılıq edən Əraqçi şənbə günü Çinə səfər edib və çinli həmkarı Van Yi ilə görüşüb.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ