Onlayn ictimai-siyasi qəzet
Rusiyada pul müqabilində 4 Özbəkistan vətəndaşını öz ünvanında qeydiyyata salan 63 yaşlı qadına qarşı cinayət işi açılıb.
Musavat.com Podrobno.az saytına istinadla xəbər verir ki, qadını beş ilə qədər həbs cəzası gözləyir.
Polisin məlumatına görə, üç gənc oğlan və bir qız Lipnı kəndində fərdi evdə qeydiyyatda olsalar da, əslində orada yaşamırlar və heç vaxt da görünməyiblər. Əmlakın sahibi qazanc üçün onları öz evində qeydiyyatdan keçirməyə razılıq verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozuntusunu miqrasiya idarəsi ilə birgə yoxlama zamanı aşkar ediblər. Hazırda istintaq davam edir.
Qeyd edək ki, Rusiyada bu cür saxta qeydiyyat halları minlərlədir. Ötən ilə qədər hökumət orqanları buna göz yumurdular. Ancaq miqrantlara qarşı total təqib dalğası başlandıqdan sonra artıq bu qanunsuz hərəkətə yol verənlər məsuliyyətə cəlb edilir.
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ