Onlayn ictimai-siyasi qəzet
Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.
Bu dəfə hər Yeni il ərəfəsində milyonlarla insanın arzularla dolu məktublarını alan Santa Klausun yaşadığı, Finlandiyanın şimalında Laplandiya adlandırılan ərazinin paytaxtı Rovaniemdən bəhs olunub.
Əgər siz Santanın yaşayışı, evi ilə tanış olmaq, əfsanəvi elfləri görmək istəyirsinizsə, yeni ili gözləmək lazım deyil. Santanın evi gələn turistlərin üzünə ilboyu açıqdır. Bu kəndə giriş pulsuzdur. Şimal qütb dairəsi Santanın yaşadığı qəsəbənin üzərindən keçir. Bu sehrli xətdir.
Həmin xəttin yaxınlığında şimal soyuğunun buz nəfəsini hiss etmək mümkündür. Roveniemdə şimal qütbünü adlaya bilərsiniz. Bunun üçün xüsusi koordinatlar var. Həmin koordinatların üzərindən bir neçə dəfə o tərəfə bu tərəfə keçmək yetərlidir ki, ayağınız hər iki qütbə dəymiş olsun.
Qəsəbədə ən çox qonaq qəbul edən yer Santanın ofisidir. Onunla görüşmək, saqqalına toxunmaq, onunla söhbət etmək və arzular diləmək hər kəsin istəyidir. Santanın ofisi səhər 10-dan axşam 17-yə qədər açıq olur. Yay fəslində, Milad və Yeni il bayramında isə iş günü bir az uzun olur.
Ofisə daxil olarkən qarşınıza sehrli dəhliz çıxır. Böyük daş sobalı otağa daxil olarkən sizi elf qarşılayır və hansı dildə danışdığınızı soruşur. Özünüz Santa ilə şəkil çəkdirmək istəsəniz, buna icazə verilmir. Amma sizə daha keyfiyyətli, peşəkar, həm də gözəl dizaynda şəkil va ya video çəkmək təklif olunacaq.
Ətraflı Baku TV-nin süjetində:
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ