Onlayn ictimai-siyasi qəzet
“Bu, demokratiyadırmı, hamı ‘Vətəndaş sazişi” üzvü olmalıdır?”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu 16 sentyabrda jurnalistlərlə söhbətində Gümrü meri Vardan Qukasyan bildirib.
O, özü və oğlu barəsində açılmış cinayət işlərindən danışarkən qeyd edib: “Mən dünyada elə bir ölkə görməmişəm ki, hakimiyyət öz xalqına bu qədər problem yaratsın. Təəccüblənirəm, niyə bu qədər çox iş açırlar xalqın üstünə? Keçmiş merlərin 99%-i məhkəmə qarşısına çıxarılır. Seçkidə qalib gələn qaçılmaz olaraq dövlətin təqibinə məruz qalır. Bu gün, əgər siz hətta bir çobandan soruşsanız, Ermənistan xalqına nə lazımdır, o deyəcək ki, Ermənistana silah lazımdır, hərbi sənaye lazımdır. Ermənistanda hətta güllə də istehsal olunmur. Deməli, biz o qədər geridə qalmışıq ki, hətta güllə də istehsal edə bilmirik? Halbuki 1941-ci ildə Ermənistanda 110 adda silah və sursat istehsal olunurdu. Müharibənin astanasında olan ölkə bu gün silah istehsal etmir”.
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ