İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda polislər GÜLLƏLƏNDİ: Ölənlər və yaralananlar var

İranın cənub-şərqində polis əməkdaşlarının olduğu avtomobilə hücum edilib.

Musavat.com xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Sib və Soran şəhərləri yaxınlığındakı Xaş-Zahidan magistralında baş verib.

İlkin məlumatlara görə, atışma nəticəsində iki polis əməkdaşı həlak olub, daha biri isə yaralanıb.

Hazırda hücum edənlərin kimliyinin müəyyən edilməsi və tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR